Əsas/Xəbərlər Bizim barədəCəmiyyətTəlimlərTəhsilMissiyaMultimediyaAzərbaycanƏlaqəWOL mərkəzləri

 Ulf Ekmanın bloqu

Əllincilər kilsəsi ilə müsahibə
7 oktyabr 2009


Mən Upsaladakı Əllincilər kilsəsinə müsahibə verdim. Orada idarəetmə günləri keçirilirdi və müsahibə də bunun bir hissəsi idi. Məndən əvvəlki gün arxiyepiskop Veyryüddən, sonra isə məndən müsahibə alınmışdır. Bizə eyni suallar verilmişdir, amma cavablar müxtəlif idi. Bu dialoq, müzakirə və söhbətin ən yaxşı bir formasi idi ki, forma və suallar eyni idi. Bu cür quruluş dinləyiçilərə eşitdikləri haqqında düşünmək imkanı verir, danışana isə müzakirə zamanı öz fikrini tam izah etməyə imkan verir.
Kilsədə pastor Dan Salomonsonla olan gözəl söhbətdən gözəl bir atmosfer, Upsalada gedən gözəl iş, sevgi, intuziyazm və sərbəstlik duyulurdu.
Suallar ruhani mühitdə gedən dəyişikliklər, “Həyat Sözü”ndə olan dəyişikliklər, Əllincilər hərəkatına olan münasibət, gələcəkdən gözləntilər barəsində idi. İsrail və həmçinin homoseksualların nigah bağlaması məsələsi və nigah anlamının dəyişdirilməsi haqqında da suallar var idi. 
Köhnə sərhədlər aradan qaldırılır, teologiya dəyişir və razı olmasalar belə siyasi düzəlişlər belə olur. Mənə elə gəlir ki, Bibliyanın bəzi sözlərinə əhəmiyyət verməmək, homoseksualizmə qarşi 2 min illik pozisiyaya məhəl verməmək başa düşülməz və ağılsızlıqdır. Yesper Svartvik Ayələri düzgün olmayan şəkildə izah edir. Yəni, Levi.18:22-də yazıldığının əksinə olaraq bu ayə homoseksuallıq deyildir. Bu yanaşma həddindən artıq uydurma, səthi və sadəcə mənasızdır. 
Svartvik İsveç Kilsəsinin üzvü, arxiyepiskopdur, bəyan edir ki, Pavel homoseksualizm haqqında deyil, sadəcə pedofiliya haqqında yazmışdır. Burada demək olar ki, mətn yazıldığı kimi şərh olunmur. Şübhəsiz ki, bu fikir yerli siyasi dindarlığın işidir ki, hakimiyyət öz proqramını yaradır və məqsədlərinə görə dindarlardan istifadə edir. Mənə elə gəlir ki, İsveç Kilsəsi beynəlxalq aləmdə birinci yeni tendensiya gətirən kilsə olmaq istəyir. Amma, bunun əvəzinə, o beynəlxalq təcridə düşür. 
Bütün dünyada müxtəlif cür düşünən və liberal teoloji proqramı qəbul etməyən müxtəlif xristian cəbhələri vardır. Onları yeni fikrin əleyhinə olan balaca konservant qalıqlar adlandırmaq olmazdı. Bu insanlar Bibliyaya inanır, İsanı sevir, dünyanın hər bir yerində bir-birilərini tapirlar.

 

Heyranedici vida
6 sentyabr 2009


5 sentyabr, şənbə günü Sten Nilsonun dəfn mərasimi keçirilmişdir. Tanrı insanı ilə vidalaşmaq üçün yüzlərlə insan “Həyat Sözü” kilsəsində yığışmışdılar. Tanrının qarşısında dəfn mərasimi Stenə hörmət əlaməti olraq bayram kimi keçirilmişdir. Orada Stenin yerdəki xidməti yada salınmış və Tanrıya Steni xeyirdualandırıb, ondan istifadə etdiyi üçün minnətdarlıq edilmişdir. Mərasim gözəl, işıqlı və eyni zamanda ciddi keçirilmişdir. 

Stenin əl ağacı və həyatının mənası olan Bibliyanın yanından uzun insan cərgəsi keçirdi. Bu çox böyük xeyir-dua idi!
Sonra vida mərasimi keçirildi. Bir çox insan maraqlı və hətta məzəli nitq söylədilər. Mərasimin sonunda onun həyatından qısa film və şəkillər nümayiş etdirildi. Bütün mərasim 6 saatdan çox davam etdi. Biz evə sevinc və məmnunluqla qayıdarkən bütün ömrünü Tanrıya həsr edib və yalnız İsanı seyr edən bir insanın nə qədər dəyərli olduğunu düşünürdük. Bu gözəl idi və itkiyə baxmayaraq, biz mərasimdən gələcək üçün güc aldıq!

 

Bu gün Levi Petrusun il dönümüdür
4 sentyabr 2009


Bü gün mən Berka – Levi Petrusa həsr olunmuş, Sebyuda keçirilən seminarda iştirak etmək üçün əla imkan əldə etdim. Seminar onun ölümünün 35 illiyinə həsr olumuşdur. Və ya belə dümək olarsa, səmavi ad günü. Mən böyük sevinclə seminarda iştirak etdim. Dolu olan qarfikim seminarda bütün günü iştirak etməmə imkan vermədi. Mən oraya Upsaladan gəlmiş, sonra da mütləq Upsalaya qayıtmalı idim. Xoşbəxtlikdən bir çox bacı və qardaşlarımla görüşə bildim. 

Çıxışımın mövzusu “Petrusun xidməti və əllincilər hərəkatı” idi. Mən ondan və onun bütün xidmətindən danışdım, çünki bu fəliyyətdə əllincilər hərəkatının birləşməsi və onlara idarə oluinması məsuliyyəti var idi. Başqa sözlə, mən Levi Petrusun ruhani liderliyindən danışdım. 

Levi Petrus İsveçdə xristianlığın çox çətin dövründə pastor, ruhanı ata olmuşdur. O, təşəbbüskar idi. Bir çoxları onun təfriqəçi fəaliyyət apardığını hesab edir, amma zamanla o, imanlıılar arasındası sərhədi göturə bildi. İctimai bir şəxs kimi, o, heç bir zaman tənqidə məruz qalmadı, bununla yanaşı o, nadir istedadlı Tanrı insanı və eyni zamanda sadə bir ruhani insan idi.

Onsuz əllincilər hərakatı davam gətirə, öz vəziyyətini möhkəmləndirə və birləşmiş halda ola bilməzdi. Onun fəaliyyəti nəticəsində minlərlə insan ruhani həyatda yeniləşə bilməzdi. Levi Petrus özündən sonra, bütün qəlblə duyula biləcək zəngin bir irs qoydu. İsveçdəki xristianlar Levi Petrusa borcludurlar. 
Onun İsaya qarşı olan alovlu sevgisi, səxsi imanı, ruhdakı vəftizin təcrübəsi və cəmiyyətin həyatındakı iştirakı unikal və ölkəmizə böyük təsir göstərmişdir. 

Levi Petrus, XIX əsrin təşəbbüskarı və İsveçdə ruhani lider idi. Çox şad oldum ki, onun xatirəsinə hörmət əlaməti olaraq, mən seminarda iştirak etdim.

 

Hotsundakı vəhşilik 
31 avqust 2009

Hotsunda Upsalada qəsəbədir ki, əhalisi sıx olan mühacirlərdən ibarətdir və son zamanlar burada bir çox vəhşilik halları baş verməkdədir. Onlar maşınları yandırır, polisləri daşa tutur, hətta örtülu su hövzəsini yandırmağa belə cəhd etmişdilər. Bu cür dağıdıcı hərəkət təbii ki, yol verilməzdir. Upsalanın bir çox əhalisi üçün bu sarsıdıcı olmuşdur, çünki, Hotsunda onlar üçün qədim, sakit, asudə təhsilin mərkəzi idi, lap akvareldəki şəkil kimi.
Şübhəsiz ki, həmin rayonun vəziyyəti cavan insanların bir yerdə yığışmasına şərait yaradır. Artan işsizlik və mühacir gənclərin təcrid olunması bu vəziyyətə şərait yaradır. Eyni zamanda bir çox gənc insan özünü dözülməz aparır. Bu insanlar ətrafdakıları zəhərləyir və yerlı əhali ilə mühacirlər arasında nifaq salırlar. Hotsunda – bura nə Qəzza, nə də ki, Ramallahdır. Biz daima gənclərin qohumları və dostları tərəfindən necə xuliqan hərəkətlərə təhrik edildiyini eşidir, və onlar polislə və yanğınsöndürənlərlə qarşıdurma yaradanda həmin insanların gözlərində qəhrəmana çevrildiklərini eşidirık. Polis və yanğınsöndürənlərə daşlar atılarkən vəziyyəti sabitləşdirə bilmirlər.
Problemin kökünü tapmaq, düzgün olmayan münasibəti düzəltmək və inteqrasiya siyasətini araşdırmaq çox vacibdir. Və eyni zamanda demokratik ölkədə bü cür hərəkətlərin tamamilə yol verilməz olduğunu aydın şəkildə göstərmək lazımdır. Problemlər güc və qəddarlıqla həll edilmir. Gənclərin toplandığı yerlərdəki küçə natəmizliyinə bəraət vermək olmazdı. Maraqlıdır, bu gənclərin valideynləri nə düşünürlər və hansı qərarları verirlər. Belə halda cavabdehliyi atmaq düzgün olmazdı. Problemin həllini təkcə dövlətin üzərinə qoymaq olmaz. Vəziyyəti valideynlər, qohum və dostlar gərək bir yerdə düzəltsinlər. Çətinləşən vəziyyətin həllinə ictimai dairələr və kilsə də kömək edə bilər. 
Kilsənin ən güclü vasitəsi – duadır. Həmin rayon və orada yaşayan insanlar üçün dua etmək və konfliktin həll olunmasında fəal surətdə kömək etmək lazımdır. Bizim kilsə artıq fəaliyyətə keçib və yalnız dostluq münasibəti və söhbəti bərpa etməklə deyil, dağıdıcı tendensiyanı dağıda bilən alternativ həyat obrazı nümayış etdirməyə var gücü ilə hazırdır. Bunu üçün özünü cəsarətli aparmalı və sevgi göstərməlisən. İsveç sosial-demokratlarl ilə danışıqlar aparmaq əbəsdir. 
Mühacir – gənclərin Müjdəni eşitmək haqqları, seçim etmək, ürəkləri dəyişən və çətin vəziyyətləri dəyişən dünyanın Ağası İsanın ardınca getmək haqqları vardır. 

 

Həyat və ölümlü həftə
15 avqust 2009


Keçən həftə xüsusi və dolğun keçdi. Birinci gün mənim sevimli qaytam rəhmətə getdi. O, uzun illər müəllim və əməkdaşlıq etmiş pastor Sten Nilson idi. Biz 33 il idi ki, bir-birimizi tanıyırdıq və daima xoş münasibətdə olmuş, tez-tez görüşüb, bir-birimizə baş çəkidik. O, “Həyat sözü” kilsəsinin yaradıcılarından biri olub, uzun illər idarəetmənin üzvü olmuşdur. İsveçin müasir ruhani həyatında və onun müxtəlif pillələrində Sten Nilsonun rolu böyükdür. Mən indi onun haqqında yaxın bir insan, qaynata və dost kimi düşünürəm. Bu həftə kədər, müxtəlif fikir və hisslərlə dolu idi.

Amma bu gün başqa bir hadisədə vardır – Stenin çoxlu nəvələrindən biri olan Kristofer Nilsonun evliliyi. O, Stinlə evlənir ki, bunun da nəticəsi olaraq yeni ailə yaranır. Stenin nəvələrindən birinin həyat yoldaşı Sara uşaq gözləyir və bir neçə aydan sonra körpə dünyaya gəlməlidir. Steni heç vaxt görməyəcək olan körpə Fridhem adlı malikanədə yaşıyacaqdır ki, malikanə Sten tərəfindən 1962-ci ildə ailəsi ilə bura gələrkən alınmışdır. Yonatan və Sara bir neçə il əvvəl malikanədən pay almışdır. O vaxtdan etibarən Stenin iki övladı orada öz ailələri ilə yaşayırlar. 1981-ci ildə biz Stenin təşəbbüskarlığı altında Fridhemdə pastor günləri keçirtmişdik və bunun sayəsində sonra “Həyat sözü” açilmışdır.
Sten və Maya qocalar evinə köçməmişdən əvvəl öz malikanələrində yaşayırdılar. Onlar 65 il nigahda olmuşdular. Çox gözəl! 1976-cı ildə mən Birqitta ilə elə Frihemdəki evdə ailə həyatı qurmuşuq. Biz ora görüş və xidmət keçirtmək üçün getmişdik. Bu günlərdə biz Birqitta ilə orada qaldıq. Bir həftə ərzində ailədə bu qədər hadisənin olması təəccüblüdür!

 

Tezliklə Avropa konfransı olacaq
11 iyul 2009


Konfrans hər şeyi yaxından başa catdıracaq. Orada yenidən iştirak etmək əla imkandır. Hər il Konfrans müxtəlif cürə keçirilir. Həmişə orada iştirak edərkən, mən Tanrının güclü iştirakını, axırda, isə əsil ruhani doymağı hiss edirəm. İnsanların necə xeyir-dualı olmalarını və Rəbbin həyatlarına təsirini eşitmək mənə həmişə maraqlıdır. 

İnanıram ki, Tanrı Kəlamı heyranedici gücü ilə bugünki insanlarin həyatlarını dəyişir. Tanrı Kəlamında böyük daxili güc vardır. Buna görə də, onu imanla qəbul etmək lazımdır. Kəlam – bu çörək və işıqdır. Gündəlik çörək bizim gündəlik ehtiyaclarımızı razı salır. Kəlam həmçinin, bizim getməli olduğumuz yolu işıqlandıran işıqdır.

Hərdən mənə elə gəlir ki, biz gözləyirik ki, Kəlam çörək olacaq, hətta şirin bulka, amma Kəlamın işiq olması ilə maraqlanmırıq. İşıqsız biz qaranlıqda hara getmək lazım olduğunu bilməyərək sürünərik. Peyğəmbərlik işığı bizə gerçəklik və ruhanı vəziyyət barəsində əsil işıq verir. Yalnız bizim həyatımıza deyil, ölkənin və Məsihin Bədənində də. 

Yemək və səfa üçün çörək çatışmamazlığı olduğu kimi, peyğəmbərlik sözü üçün də çatışmamazlıq olur. Hərdən bizə, yaşam tərzimizə, planlarımıza xoş olmayanları eşitmək belə istəmirik. Sadəcə, Tanrının bizim işlərimizi xeyir-dualandırmasını istəyirik. İnanıram ki, biz Tanrının qarşısında durub, Onun Kim olduğunu anlamaqdan ötrü Onu axtarmalı və yalnız özümüz üçün deyil, bizim duz və işıq olduğumuz İsveçdəki Məsihin Bədəni üçün Tanrıdan söz gözləməliyik.

 

İsrailə səfərdən sonra yenidən evdə
23 iyun 2009


Sirağagün axşam biz İsraildən qayıtdıq. Müvəffəqiyyətli səfərdən sonra, biz əməkdaşlarımız, tanışlarımız və dostlarımızla görüşməkdən ötrü bir neçə gün ləngidik. Biz çox uğurlu və faydalı günlər keçirtdik. Biz artıq gələn il üçün 2000 min insanlıq səfər planı hazırlamışıq.
Bütün il boyu gələcək səfər üçün güclü hazırlıq lazımdır ki, səfər gözəl alınsın. Eyni samanda qarşıdakı səfərdə pastor və biznesmenlər üçün seminarlar keçirəcəyik.
Biz ora politoloq və müxtəlif ölkələrin ruhani liderlərini çağırmaq fikrindəyik. Yığıncaq aydın səma altında, maraqlı yerlərdə olacaq, çox ehtimal ki, bu Qeysəriyədəki amfiteatrda olacaq. Biz həmçinin, yerli və şəxsi müğənnilərimizin iştirak edəcəyi konsert təşkil etmək istəyirik. Bizim heyət tərəfindən keçiriləcək güclü müxtəlif dualarımız olacaq. Onlar müxtəlif yerlər və situasiyalar üçün dua edəcəklər. Əylənmək, istirahət etmək, həmçinin vacib yerlərdə olmaq üçün vaxt da tapılacaq. 

Daha çox şey təşkil etmək mümkündür, amma hiss edirəm ki, səfər boyük əhəmiyyət kəsb edəcək. Hər bir ehtimalla Yaxın Şərqdə vəziyyət tez inkişaf edir, ona görə də bütün qitələrdən olan xristianların bir yerdə yığışıb İsrail üçün dua etmələri lazım gələcək. Bu haqqda daha ətraflı daha sonra danışacağam.

Oficial Ulf Ekman blog www.ulfekman.nu

 

Bizim partnyorumuz ol!


Pastordan kəlam


Pastor Rasimin 
Avropa turu



Gəlin birqə inanaq ki,
bu bizdə olacaq!



Çadırın tikintisi


Şəhadət 


Livets Ord о проблеме со зданием Церкви


Новости Христианского Мира о нас


Твоя Библия, 
bible.com.ua о нас